AZ

Ər-Riyad spirtli içki qadağasını yumşaldıb

Bu barədə ABŞ-nin "Bloomberg" xəbər agentliyi öz mənbələrinə istinadənməlumatyayıb. Bildirilib ki, hökumətin qərarına əsasən, içki almaq istəyən şəxslər üçün şərtlər irəli sürüb:

- Səudiyyə Ərəbistanında yaşamalı;
- xarici ölkənin vətəndaşı olmalı;
- müəyyən gəlir səviyyəsinə malik olmalı;
- müsəlman olmamalı.


Şərtlərdə vurğulanan "müəyyən gəlir səviyyəsi" də konkret məlumdur. Belə ki, Səudiyyə Ərəbistanında yaşayan qeyri-müsəlman xarici vətəndaşların aylıq gəlirləri ən azı 13 min 300 dollardan yuxarı olmalıdır ki, spirti içki almaq hüquqları tanınsın. Onlar həmçinin bu faktı müəyyən arayışla təsdiqləməli, içkini yalnız həmin arayış vasitəsilə konkret dükandan - paytaxt Ər-Riyadın diplomatik məhəlləsində 2024-cü ildə açılanyeganə spirti içki mağazasındanala bilərlər.

Səudiyyə Ərəbistanında indiyədək ancaq qeyri-müsəlman ölkələrinə mənsub xarici diplomatlara, səfirlik işçilərinə spirtli içkilər almaq icazəsi verilirdi. Hazırda isə "müştəri bazasının genişləndiyi" bildiirlir. Bu səbəbdən ölkənin başqa iki şəhərində də spirtli içki mağazaları tikilməkdədir.

Məlumat üçün diqqətə çatdıraq ki,Səudiyyə Ərəbistanında spirtli içkilərin satışı və istehlakı 1952-ci ildən qanunla qadağandır.2025-ci ilin mayında yerli mətbuat hökumətin bu qadağanı tamamilə aradan qaldıracağı xəbərini yaymışdı. Hərçənd rəsmi Ər-Riyad bu şayiəni yalanlayıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
15
2
azvision.az

3Mənbələr