AZ

12 günlük müharibədə İran bunu da itirib

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“İranın strateji hava hücumundan müdafiə radarı 12 günlük müharibədə dağıdılıb”.

Globalinfo.az xəbər verir ki, bununla bağlı “Azad İran” teleqram kanalı peyk görüntüləri paylaşıb.

“İyun ayında 12 günlük müharibə zamanı İranın S-300PMU-2 zenit-raket kompleksinə aid 96L6E aşkaretmə radarı İsrailin endirdiyi zərbə nəticəsində məhv edilib.

Hadisəyə dair peyk görüntüləri sosial şəbəkələrdə yayılıb. Görüntülərdə radar mövqeyinin tamamilə sıradan çıxarıldığı müşahidə olunur”, – deyə bildirilib.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
1
globalinfo.az

2Mənbələr