İnnovasiya lideri “Bakcell” danışıq dəqiqələri, internet, SMS paketləri, rouminq və digər üstünlüklərlə bol yeni “GO” tariflərini təqdim edir. 0.99 AZN-dən başlayan “Go” tariflərindən birinə qoşulmaqla abunəçilər, həmçinin “WhatsApp”, “Facebook”, “Instagram”, “TikTok” və “YouTube” platformalarında istifadə üçün əlavə internet bonusları əldə edəcəklər.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.