AZ

Sabah metro 1-ə qədər işləyəcək

Bakı metrosu "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

"Yeni Sabah" xəbər verir ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.

"Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq.


Telegram kanalımız
Seçilən
38
33
yenisabah.az

10Mənbələr