ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Misli Premyer Liqasının 15-ci turu çərçivəsində bu gün "İmişli"ni qəbul edəcək "Sumqayıt"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumat verib:
"Ronaldo Vaskes cəzalı durumdadır. Höccət Haqverdinin isə mikrozədəsi var. Onun oynayıb-oynamayacağına baş məşqçi qərar verəcək. Uzun müddətə sıradan çıxan Ayxan Süleymanlını və fərdi məşqlərə başlayan İsa Sulimanı nəzərə almasaq, başqa zədəli yoxdur".
Qeyd edək ki, "Sumqayıt" - "İmişli" matçı 19:30-da başlayacaq.
Nihat
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.