AZ

“Qarabağ”ın oyununa görə metronun iş rejmi uzadılacaq

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Metropoliteni “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
25
qafqazinfo.az

10Mənbələr