AZ

“Beşiktaş” legioneri ilə yolları ayırır

“Beşiktaş” Joao Mario ilə yollarını ayırmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu AEK-də icarə əsasında çıxış edən 32 yaşlı portuqalı futbolçunu komandada saxlamağı planlaşdırmır.

Joao Mario Afinada qalmaq istəyir və Yunanıstan təmsilçisi onu azad agent kimi transfer etməyə hazırdır.

Qeyd edək ki, yarımmüdafiəçinin “Beşiktaş”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Seçilən
16
idmanxeber.az

1Mənbələr