Şəmkirdə qonşusunun internetinə qoşulmaq istəyən 2002-ci il təvəllüdlü Röyal Qasımov başına iş açıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
Belə ki, içkili halda üzbəüz qonşunun evinə internetə qoşulmaq üçün daxil olan 23 yaşlı gəncin əməli Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə tövsif edilib.
Mənzildə yaşayanın iradəsinin ziddinə mənzilə daxil olmaqda təqsirləndirilən şəxs 2000 manat məbləğində cərimə edilib.