AZ

Şeyxin mühafizə xidmətinin keçmiş rəisi stadion aldı

Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib.

KONKRET.az “Teleqraf”a istinadən xəbər verir ki, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıxovdur.

Əslən Masallıdan olan S.Sadıxov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin mühafizə xidmətinin rəisi olub.

O, eyni zamanda, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Seçilən
12
14
konkret.az

10Mənbələr