Müğənni Rəvan Qarayev bacısının sənət yoluna başlaması ilə bağlı səmimi etiraf edib.
Publika.az xəbər verir ki, o, "Tarixin bir günü" verilişində bacısının müğənni olmasının əleyhinə olduğunu, lakin ailə içində verilən qərara hörmət etdiyini bildirib.
Rəvan açıqlamasında deyib:
"Mən dəstəkləsəydim, bacım 10 il əvvəl efirə çıxardı. Amma bacımın əri mənə zəng edib "Bu, mənim ailəmdir, xahiş edirəm, heç kim qarışmasın. Mən icazə verirəm, arxasında da özüm dayanmışam" dedi. Hər bir işini də özü görür".