AZ

TƏCİLİ! Rusiya Müdafiə Nazirliyinin hərbi nəqliyyat təyyarəsi QƏZAYA UĞRADI

İvanov vilayətində Rusiya Müdafiə Nazirliyinə məxsus An-22 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, təyyarədə 7 ekipaj üzvünün olduğu bildirilir, lakin onların vəziyyəti barədə hələlik rəsmi məlumat verilməyib. Qəzanın səbəbləri barədə ilkin araşdırmalar aparılır.

Rusiya Müdafiə Nazirliyi və operativ xidmətlər hadisə yerində ilkin təhqiqat aparır və ekipaj üzvlərinin taleyi barədə məlumatı yaxın vaxtlarda açıqlayacaqlar.

Qeyd edək ki, An-22 sovet istehsalı olan iri hərbi nəqliyyat təyyarəsidir və uzaq məsafələrə ağır və iri həcmli hərbi texnika, silah və qoşunların daşınması üçün nəzərdə tutulub. Həmçinin bu təyyarə paraşüt üsulu ilə və eniş üsulu ilə hava desantlarının yeridilməsi imkanına malikdir.

Seçilən
98
nocomment.az

1Mənbələr