AZ

“Ərim məni döyüb” - FOTOLAR

Türkiyəli müğənni və aktrisa Yıldız Asyalı həyat yoldaşı Mustafa Semih Demirci tərəfindən döyülüb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib.

Y. Asyalı üzündə və bədənindəki izləri paylaşaraq bu sözləri yazıb: “Ərim tərəfindən döyüldüm”. 

Aktrisanın bu paylaşımı isə geniş müzakirələrə səbəb olub. O, həmçinin instaqram hekayələrində evlilikdə kişi-qadın münasibətləri ilə bağlı videolar paylaşıb. 

Qeyd edək ki, Yıldız və iş adamı olan Mustafa bu ilin mayında ailə qurub. 

Xatırladaq ki, Yıldız Asyalının ilk evliliyi 2015-ci ildə olub. O, Emre Vatanseverlə 2 il evli qalıb. Onların Ayşe Mira adlı bir qızı var. Aktrisa 2020-ci ildə rejissor Kerem Saka ilə evlənib. Lakin bu evlilik də qısa müddətdə sonlanıb. 

Xatırladaq ki, Y.Asyalı 2003-cü ildə çəkilən “Hayat bilgisi” serialında “Rüya” obrazı ilə məşhurlaşıb.

"Cebheinfo.az"

Seçilən
71
1
cebheinfo.az

2Mənbələr