AZ

İndoneziyada dron şirkətinin binasında yanğın olub, 17 nəfər ölüb

İndoneziyanın paytaxtı Cakartada 7 binada yanğın baş verib.

APA “Kompas TV”-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər ölüb.

Ölənlərin kimliyinin müəyyənləşidirilməsi üçün müvafiq tədbirlər görülür.

Yanğın söndürülüb və içəridə ilişmiş insanların xilasedilmə əməliyyatları aparılır.

Sözügedən bina “Terra Drone İndonesia” şirkətinin ofisidir.

Məlumata görə, yanğın binanın birinci mərtəbəsində, batareyaların saxlanıldığı anbarda başlayıb və sürətlə yayılmağa başlayıb.

Faktla bağlı araşdırmalar davam edir.

Seçilən
38
3
apa.az

10Mənbələr