AZ

TANAP-ın korroziyadan qorunmasına mütəmadi nəzarət edilir

Bakı, 9 dekabr noyabr, AZƏRTAC

Bizim şirkətin əsas işi Trans-Anadolu Qaz Boru Kəmərini (Trans-Anatolian Natural Gas Pipeline, TANAP) nəzarətdə saxlayıb onun korroziyaya uğramasının qarşısını almaqdır. Teni texnologiyalardan istifadə edərək yeraltı boru xətlərinin 50 və 100 il fəaliyyət göstərməsini təmin edirik.

Bu sözləri AZƏRTAC-a Türkiyənin “TuarTek A,Ş” şirkətinin İdarə Heyətinin sədri Şirzat Turan deyib.

O bildirib ki, şirkətin mühəndisləri ABŞ-da təhsil aldıqdan sonra işə qəbul edilirlər.

“Bundan başqa, mütəxəssislər ABŞ və digər ölkələrdə kurslar keçərək yeni texnologiyaların tətbiqi ilə borularda korroziyanın qarşısını daha səmərəli şəkildə almağı öyrənirlər. Hazırda Azərbaycan qazını Avropaya nəql edən TANAP boru kəmərinin 1850 kilometrlik hissəsini nəzarətdə saxlayırık. Kəmərin torpaq altında olan, nəmişliyin təsirindən korroziyaya məruz qalan hissələri var ki, buna mütəmadi nəzarət edilir”, - deyə şirkət rəhbəri vurğulayıb.

Şirzat Turan onu da əlavə edib ki, mühəndislər boru kəmərlərini elektrik cərəyanı vasitəsilə korroziyadan qoruyurlar: “Bu iş elektrik cərəyanının artırılıb azaldılması, müəyyən maddələrin qatılması və digər texniki tədbirlərlə həyata keçirilir”.

Seçilən
85
azertag.az

1Mənbələr