AZ

Trampdan Aİ-yə sərt xəbərdarlıq: "Avropa pis istiqamətə gedir"

“Avropa nəsə edərkən çox diqqətli olmalıdır. 

Avropanın Avropa olaraq qalmasını istəyirik, amma hazırda Avropa çox pis istiqamətə gedir”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının ABŞ-nin "X" sosial media platformasına 120 milyon avro cərimə tətbiq etməsini dəyərləndirən ABŞ Prezidenti Donald Tramp deyib.

Ağ Evdə fermerlərə dəstək məqsədilə keçirilən toplantıdan sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandıran Tramp Aİ-nin qərarından narazı olduğunu vurğulayıb.

Tramp “X” platformasının sahibi İlon Maskın bu məsələ ilə bağlı hələ onu axtarmadığını, lakin yaxın zamanda onunla danışaraq məsələnin detalları barədə məlumat alacağını qeyd edib.

Aİ-ni xəbərdar edən Tramp, “Avropa çox diqqətli olmalıdır. Avropanın bu qədər dəyişməsini istəmirik, bu çox vacib məsələdir” deyə əlavə edib.

Xatırladaq ki, Avropa İttifaqı “X” platformasının Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsindəki öhdəliklərini pozduğunu əsas gətirərək 120 milyon avro cərimə tətbiq etmişdi.

Qərarın səbəbləri arasında “X”-in mavi təsdiq işarəsinin yanıltıcı dizaynı, reklam sisteminin şəffaf olmaması və tədqiqatçılar üçün açıq məlumatlara çıxışın təmin edilməməsi göstərilmişdi.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr