AZ

Azərbaycanda süni intellekt sahəsində mühüm addımlar atılır

Bakı. Trend:

Azərbaycanda süni intellekt sahəsində mövqelərinmöhkəmləndirilməsi və qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyaistiqamətində mühüm addımlar atılır.

Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyinin Rəqəmsal İdarəetməşöbəsinin müdiri Anar Nərimanov bu gün Bakıda "Əqli mülkiyyət vəsüni intellekt" mövzusunda keçiriIən beynəlxalq konfransda çıxışızamanı deyib.

Onun sözlərinə görə, kadr potensialının gücləndirilməsi vəəlverişli biznes mühitinin yaradılması bu strategiyanın əsas tərkibhissələrindəndir.

"İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “Sənaye 4.0” hazırlıqproqramının icrasına başlanılıb. Proqramın məqsədi sənayemüəssisələrinin texnoloji və yaşıl transformasiyasınısürətləndirməkdir. Bu çərçivədə müəssisələrin mövcud vəziyyətiqiymətləndirilir, yol xəritələri hazırlanır, maliyyə dəstəyi vəgüzəştli kreditlər təqdim olunur. Pilot mərhələdə artıq müsbətnəticələr əldə olunub. Transformasiyanı daha da sürətləndirməkməqsədilə “Sənaye 4.0” mərkəzinin yaradılması planlaşdırılır. Yenimərkəz sənaye müəssisələri, texnoloji təsisatlar, ali təhsilocaqları və innovasiya ekosistemi arasında əlaqələndirici roloynayacaq. Bu cür təşəbbüslər Azərbaycanın dayanıqlı, innovativ vəinklüziv iqtisadi modelə keçidini təmin edəcək. Ölkə artıq qlobaltexnoloji meylləri izləməklə kifayətlənmir, onların tətbiqi vəinkişafında aktiv iştirak edir".

Seçilən
17
az.trend.az

1Mənbələr