
“Ayaks” klubu Çempionlar Liqasının 6-cı turunun Bakıda “Qarabağ”la oyununda 6 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
Niderland klubunun yaydığı açıqlamada bildirilir ki, Kennet Teylor, Vout Veqhorst, Yosip Şutalo, Ceyms Makkonnell, Cerald Aalders və Stiven Berqhuis qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək.