Ötən ay Samir Abasovla yollarını ayıran "Neftçi" yeni baş məşqçisini ictimaiyyətə təqdim etməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, müvafiq posta ukraynalı mütəxəssis Yuri Vernidub gətirilib.
59 yaşlı məşqçi ilə 1 il yarımlıq müqavilə imzalanacaq. Əvvəlcə danışıqlarda ona yaya qədər komandaya rəhbərlik etmək təklif olunsa da, ukraynalı bununla razılaşmayıb.
Dünən Misli Premyer Liqası çərçivəsində baş tutan "Sabah"-"Neftçi" (2:0) matçını stadiondan izləyən Yuri Vernidub rəsmi müqavilə imzalandıqdan sonra komandanı təhvil alacaq.
Əvəzedicilər Liqası: XIII tura yekun vurulub
Valdas Dambrauskas: “Məni məşqçi kimi narahat edən məsələ…”
Sənan Qurbanov: “Futbolçular da nəticələrə görə utanır”
“Neftçi” “Sabah” səfərindən xalsız qayıdır - YENİLƏNİB
II Liqa: “Şəki Siti”dən darmadağın