“Metodist sertifikatı imtahanında yüksək nəticə göstərən müəllimlər seçilir. Bu, ən azı 50 baldan yuxarı nəticə deməkdir”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, prosesə ümumilikdə təxminən 5000 müraciət daxil olub. Seçilmiş namizədlər 108 saatlıq metodist hazırlığı təliminə cəlb olunub, mütəmadi seminar və peşəkar müzakirələrdən keçiblər.
Nəticədə 325 metodist və 22 aparıcı metodist formalaşdırılıb və onlar müxtəlif istiqamətlər üzrə müəllimlərə dəstək göstərməyə başlayıblar. Elnur Əliyevin sözlərinə görə, metodistlər üçün kifayət qədər rəqabətli məvacib də müəyyən olunub.