Bakı. Trend:
Azərbaycanda bioloji fəallığa malik qida əlavələrininekspertizasını Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəziaparır.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin AnalitikEkspertiza Mərkəzinin Bioloji Fəallığa Malik Qida Əlavələrişöbəsinin eksperti Gülnar İmayılova Sağlam radio”nun (93 FM)“Sağlam səhər” verilişində səsləndirib.
Onun sözlərinə görə, bu proses “Dərman vasitələri haqqında”Azərbaycan Respublikasının Qanunu və “Bioloji fəallığa malik qidaəlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na uyğun olaraqhəyata keçirilir:
“Mərkəzə təqdim olunan hər bir məhsul çoxmərhələliqiymətləndirmədən keçir. İlk olaraq, məhsulun sənədləri – tərkibsiyahısı, etiket məlumatları, istifadə məqsədi və dozagöstəriciləri – müvafiq normativ tələblərlə müqayisə olunur. Bumərhələdə məhsulun iddia edilən funksiyası, istifadə olunanmaddələrin mənşəyi, təhlükəsiz dozaları və təqdim olunanfarmasevtik forması (şərbət, tablet, kapsul və s) diqqətləaraşdırılır. Növbəti mərhələdə laborator müayinələr aparılır.Məqsəd tərkibdə icazəsi olmayan maddələrin, saxtakarlıqgöstəricilərinin və insan sağlamlığı üçün potensial təhlükə yaradabiləcək digər faktorların mövcudluğunu müəyyən etməkdir”.
Gülnar İmayılova bildirib ki, ekspertiza prosesinin nəticəsiaparılan qiymətləndirmələrin gedişindən asılı olaraq dəyişəbilər:
“Yəni, ərizəçi və ya fiziki şəxs məhsulun bioloji fəallığa malikqida əlavəsi kimi rəy almasını istəyə bilər. Lakin bu, avtomatikolaraq həmin statusun təsdiqlənməsi demək deyil. Məhsulun statusuyalnız təqdim olunan sənədlər, tərkib məlumatları, etiketgöstəriciləri, doza parametrləri və laborator təhlil edildikdənsonra müəyyən edilir. Ekspertiza nəticəsində məhsulun hansıkateqoriyaya aid olduğu — dərman vasitəsi, tibbi vasitə və yabioloji fəallığa malik qida əlavəsi — olması müəyyənləşdirilir. Bumərhələ olduqca vacibdir, çünki məhsulun statusu onun ölkədaxilində dövriyyəsini, satış şərtlərini, qeydiyyat tələblərini vəümumilikdə nəzarət mexanizmini müəyyən edir. Məhz bu səbəbdənSəhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılanqiymətləndirmə həm istehlakçı sağlamlığının qorunması, həm dəbazarda şəffaflığın təmin edilməsi baxımından böyük əhəmiyyətdaşıyır”.
Ekspert qeyd edib ki, bioloji fəallığa malik qida əlavələri(BFMQƏ) kimi tələblərə tam cavab verən və təhlükəsizliyitəsdiqlənən məhsullar müsbət rəy aldıqdan sonra sonrakı mərhələlər– qeydiyyata alınması, ölkəyə idxalı və dövriyyəsinə nəzarət –aidiyyəti digər qurumlar tərəfindən həyata keçirilir.