AZ

Van Yi: "Yaponiyanın hərəkətləri yolverilməzdir"

BusözləriÇinin xarici işlər naziri Van Yi paytaxt Pekində almaniyalı həmkarı Yohan Vadefulla görüşü əsnasında dilə gətirib. O vurğulayıb ki, rəsmi Tokio Çinə qarşı hərbi hədə-qorxu çərçivəsində Tayvan məsələsindən də faydalanır, təxribat xarakterli addımlar atır:

"Yaponiya Tayvanı, artıq yarım əsrdir ki, müstəmləkəyə çevirib, Çin xalqına qarşı saysız-hesabsız cinayət törədib. Hazırkı yapon lideri məhz bu Tayvan ərazisini irəli sürərək iğtişaşlar yaratmağa, Çini hərbi cəhətdən hədələməyə çalışır".

Van Yinin sözlərinə görə, guya Tayvanın müstəqilliyini qorumaq istiqamətində atılan hər bir addım Çin ərazisini bölmək cəhdidir:

"Tayvan separatizmini dəstəkləmək ölkəmizin daxili işlərinə müdaxilə, eyni zamanda, beynəlxalq hüququn pozulmasıdır".

Öz növbəsində, Yohan Vadeful da bu məsələ fonunda rəsmi Berlinin vahid Çin siyasətinə sadiqliyini bir daha təsdiqləyib.
Çin XİN:"Yaponiya aranıqarışdırır"

Xatırladaq ki, Çin və Yaponiya arasında vəziyyət son günlər gərginləşib. Rəsmi Tokionun iddiasına görə, Çin Miyako boğazında keçirdiyi hərbi təlimlər əsnasında bu ölkənin hərbi təyyarələrini hədəfə almağa cəhd göstərib. Pekin belə bir iddianı tamamilə yalanlayıb, qarşı tərəfi təxribata cəhddə gühahlandırıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
10
1
azvision.az

2Mənbələr