Beyləqanın dirçəliş dövrü: prezident etimadını uğurla doğruldan Əziz Əzizov
Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsindən sonra bu bölgələrdə genişmiqyaslı quruculuq işlərinə start verildi. Abadlıq və bərpa prosesləri ilə yanaşı, azad edilmiş şəhərlər tədricən beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başladı. Dünya liderlərinin bölgəyə mütəmadi səfərləri isə Qarabağ və Şərqi Zəngəzurla sərhəd rayonların inkişafını daha da aktuallaşdırdı
Bu bölgələrin “qapısı” hesab olunan Beyləqan rayonunda inkişaf xüsusi əhəmiyyət kəsb etməyə başladı. Məhz bu zərurətin nəticəsi olaraq Prezident İlham Əliyevin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə Cəlilabad, Yasamal və Suraxanı rayonlarında uğurlu fəaliyyət göstərmiş Əziz Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olundu.
Artıq təxminən il yarımdır ki, Əziz Əzizov bu vəzifədə fəaliyyət göstərir. Ötən 18 ay ərzində Beyləqan rayonunda, xüsusilə rayon mərkəzində həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri dövlət başçısının bu təyinatının nə qədər məqsədyönlü olduğunu təsdiqləyib.
Beyləqan şəhərində aparılan yenidənqurma işləri, küçə və prospektlərdə infrastrukturun müasirləşdirilməsi, sakinlərin rahatlığının artırılması istiqamətində həyata keçirilən layihələr ardıcıl xarakter alıb. Şəhərlə yanaşı rayonun qəsəbə və kəndlərinin də inkişafı diqqət mərkəzindədir. Qarabağ və Şərqi Zəngəzura açılan qapı olan Beyləqanda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı da xüsusi vurğulanmalıdır.
Qısa müddətdə əldə edilən müsbət nəticələr icra başçısı Əziz Əzizovun Prezident İlham Əliyevin etimadını uğurla doğrultduğunu bir daha nümayiş etdirir. Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olan Əziz Əzizovun məhz Qarabağ və Şərqi Zəngəzurun azad edilməsindən sonra Beyləqana rəhbər təyin edilməsi onun bu ərazilərdə aparılan yenidənqurma proseslərində daha yaxından iştirak etməsinə imkan verib.
Bu gün – 9 dekabr – Əziz Əzizovun doğum günüdür.
Fəaliyyəti ilə dövlət başçısının etimadını doğrultmuş, rəhbərlik etdiyi rayonlarda sakinlərin dərin hörmət və rəğbətini qazanmış Əziz Əzizovu doğum günü münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Arzuman Loğmanoğlu