ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Real"ın futbolçusunun durumu açıqlandı – 3-4 ay oynamayacaq
“Real”ın futbolçudu Eder Militao uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
QOL.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb.
27 yaşlı müdafiəçi sol ayağının bud nahiyəsindəki ikiqat əzələnin qopması və proksimal vətərin zədələnməsi səbəbindən 3-4 ay oynamayacaq. Bildirilib ki, bərpa prosesinin bu qədər uzun çəkməsi məhz vətər zədəsinin ayağın hərəkət funksiyasını ciddi şəkildə məhdudlaşdırması ilə bağlıdır.
Xatırladaq ki, Militao La Liqanın 15-ci turunda “Selta” ilə oyunda (0:2) sıradan çıxıb. Braziliyalı futbolçu cari mövsüm “Real”da bütün turnirlərdə 16 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.