AZ

ABŞ də təyyarə avtomobillə toqquşdu KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

ABŞ-nin Florida ştatında magistral yola təcili eniş edən yüngülmühərrikli təyyarə avtomobillə toqquşub.

KONKRET.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, “Beechcraft 55” markalı təyyarə mühərrikdə yaranan nasazlıqlar səbəbindən məcburi eniş etməli olub.

“Təyyarə 57 yaşlı qadının idarə etdiyi “Toyota Camry” ilə toqquşub. Sürücü yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hadisənin miqyasını nəzərə alsaq, bu, möcüzə sayılır”, – məlumatda deyilir.

Bildirilir ki, təyyarədə 27 yaşlı pilot və onunla yaşıd bir sərnişin olub. Hadisə zamanı onlar heç bir xəsarət almayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
3
konkret.az

4Mənbələr