AZ

Yaponiya Rusiya aktivlərinin istifadəsindən imtina etdi

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaponiya Avropa İttifaqının Ukraynaya kömək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə planına qoşulmaq təklifini rədd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat verib.

İki avropalı diplomat nəşrə bildirib ki, Yaponiya Ukraynaya kredit vermək üçün öz ərazisindəki təxminən 30 milyard dollar dəyərində dondurulmuş Rusiya aktivlərindən istifadə edə bilməyəcəyini "aydın şəkildə ifadə edib".

Nəşr qeyd edib ki, Tokionun qərarı blokun bu təşəbbüsə beynəlxalq dəstək ümidlərini məhv edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
bakivaxti.az

2Mənbələr