Bakı. Trend:
Tədarüklərin etibarlılığı və infrastrukturun istismar müddətininuzadılması, onun bütövlüyünün effektiv idarə olunmasındanasılıdır.
Trend xəbər verirki, bunu “SOCAR Midstream Gas Operations”ın (SOCAR MGO) icraçıdirektoru Polad Rüstəmov Bakıda keçirilən “Asset Integrity &Corrosion and Coatings Conference ” (Aktivlərin bütövlüyü,Korroziya və Qoruyucu örtüklər) beynəlxalq konfransında çıxışı zamanı deyib.
O vurğulayıb ki, həm şirkətin, həm də hökumətin strategiyasıhəyata keçirilən layihələrin yüksək keyfiyyətini təmin etmək vəsabit, etibarlı tərəfdaş kimi işgüzar nüfuzunu qorumaqdanibarətdir.
“Etibarlılıq təkcə siyasi sabitlik, resursların mövcudluğu vəimzalanmış sazişlərlə məhdudlaşmır. Bizim baxışımıza görə, bu, ilknövbədə enerji resurslarının yataqlardan son istehlakçıyaçatdırılmasına imkan verən infrastruktur deməkdir”, – P. Rüstəmovqeyd edib.
Onun sözlərinə görə, belə etibarlılığın təmin edilməsində əsaselement infrastrukturun bütövlüyünün idarə edilməsidir.
Polad Rüstəmov bildirib ki, vaxtında xidmət və monitorinqtələblərinə əməl edilməməsi baha başa gələn insidentlərə və ciddinəticələrə səbəb ola bilər.
“Əgər biz aktivlərimizə vaxtında qayğı göstərmiriksə vəinfrastrukturun bütövlüyünün idarə olunması üzrə yaxşı düşünülmüşproqramı düzgün tətbiq etmiriksə, nəticələrin aradan qaldırılmasıdaha baha başa gələ bilər. Bu gün belə insidentlərin qarşısınınalınmasının əhəmiyyətini təsdiqləyən texnologiyalar təqdimolunacaq”, - deyə P. Rüstəmov deyib.