AZ

Axios: “ABŞ Kiyevə təzyiqi artırır”

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Amerikanın “Axios” portalı belə məlumat yayıb.

“Həftələrlə davam edən gərgin diplomatik danışıqlardan sonra ukraynalılar hələ də ABŞ planının bəzi aspektlərinin Moskvanın xeyrinə olduğunu və ABŞ-nin Zelenskiyə Rusiya prezidenti Vladimir Putindən daha çox təzyiq göstərdiyini düşünürlər. Lakin bunu təkzib edən amerikalı BŞ rəsmisi Vaşinqtonun ABŞ-ın da Putinə tələblərini yumşaltmaq üçün təzyiq göstərdiyini vurğulayıb”,- portal yazır.

Ukraynalı mməmurlardan biri “Axios”a açıqlamasında bildirib ki, Kiyevin fikrincə, Trampın nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin keçən həftə Kremldə Putinlə beş saatlıq görüşündən sonra ABŞ-nin təklifinin pisləşdiyinə inanır.

Onun iddiasına görə, Uitkoff və Kuşner dekabrın 6-da iki saatlıq telefon danışığı zamanı Zelenski ilə planı müzakirə edərkən, sanki ondan açıq-aydın “hə” cavabını almaq istəyirdilər.

- Belə təsəvvür yaranırdı ki, ABŞ bizi müxtəlif yollarla Rusiyanın bütün Donbası ələ keçirmək istəyinə inandırmağa çalışır və amerikalılar telefon danışığı zamanı Zelenskidən bütün bunlara razılıq verməsini istəyirlər”,- ukraynalı məmur deyib.

Maraqlıdır ki, Zelenski Uitkoff və Kuşner ilə telefon danışığında ABŞ-nin təklifini cəmi bir saat əvvəl aldığını və Amerika və Ukrayna rəsmilərinin sözlərinə görə, hələ də oxumadığını bildirib.

Tramp:“Zelenski məni bir az məyus edib”
ABŞ təmsilçisi bunun qəribə olduğunu söyləyib, çünki yenilənmiş təklifi ABŞ bir gün əvvəl təqdim etmişdi. Ukraynalı məmur isə, bəzi sənədlərin bir gün əvvəl təqdim olunduğunu təsdiqləsə də, digərlərinin zəngdən bir qədər əvvəl alındığını iddia edib.

“ABŞ-nin təklifi ərazi və Zaporojye Atom Elektrik Stansiyasına (AES) nəzarət kimi məsələlərlə bağlı əvvəlki versiyalardan daha sərt şərtləri ehtiva edirdi və təhlükəsizlik zəmanətləri ilə bağlı əsas sualları cavablandırmırdı. Belə görünürdü ki, ABŞ Zelenskinin elə telefon danışığında sadəcə şərtlərlə razılaşacağını gözləyirdi”,- ukraymalı məmur söyləyib.

Amerikalı məmur, öz növbəsində, hazırkı layihəyə Ukraynanın təkliflərinin əhəmiyyətli dərəcədə təsir etdiyini, Kuşner və Uitkoffun Putinə Ukraynanın bəzi tələbləri ilə razılaşmaq üçün təzyiq göstərdiklərini deyib.

- Lakin bu vəziyyət, komandalarının danışıqlara çoxlu saat sərf etmələrinə baxmayaraq, Zelenski və Tramp administrasiyası arasında etimadın olmadsığını əks etdirir”,- portal diqqətə çatdırır.

“Axios” qeyd edir ki, Ukrayna rəsmiləri ABŞ-nin Zelenskiyə daha təsirli təzyiq göstərə bilmək üçün onu Avropa liderlərindən uzaqlaşdırmağa çalışdığını düşündüklərini deyiblər.

Tramp administrasiyası Zelenskiyə tez hərəkət etməsi üçün təzyiq göstərsə də, avropalılar ona ehtiyatlı və səbirli olmağı məsləhət görürlər. Portalınfikrincə, bu reallıq avropalıları razılığa gəlmək yolunda “əsas maneə” kimi görən bəzi Ağ Ev rəsmilərini qıcıqlandırır.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyanın “sülh planı” ilə razılaşdığını, Ukrayna prezidenti Volodimir Zelenskinin isə“heç onu oxumadığını” bildirmişdi.

Zelenski, öz növbəsində, dekabrın 8-də verdiyi müsahibədə Trampın “sülh planı” üzrə danışıqlardaərazi məsələləri, xüsusən də Donetsk bölgəsinin taleyi ilə bağlı tərəflərin hələ də razılığa gələ bilmədiyinitəsdiqləyib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
14
2
azvision.az

3Mənbələr