AZ

“3+3” platformasının nazirlərinin növbəti görüşünün yeri ilə bağlı müzakirələr davam edəcək - Ermənistan XİN

“3+3” regional əməkdaşlıq platformasının üçüncü iclasının birgə kommünikesində qeyd edildiyi kimi, nazirlərin növbəti görüşünün yeri və tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

"Ümumi təsəvvürə görə, həmin görüş İrəvanda və ya Bakıda keçirilməlidir. Müzakirələr hər iki tərəf üçün məqbul həll yolu tapmaqda davam edəcək və razılıq əldə olunarsa, sizə məlumat verəcəyik", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçı ilə birgə mətbuat konfransı zamanı “3+3” regional formatının növbəti görüşünün Azərbaycanda, ondan sonrakı görüşün isə Ermənistanda keçirilməsini təklif edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
55
missiya.az

1Mənbələr