"2026-cı ildə dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitlərin həcmində artımlar gözlənilir. Bu istiqamətdə 17,1 milyard manat vəsait ayrılacaq. Mövcud rəqəm isə büdcə xərclərinin 41 faizindən çoxu deməkdir".
Publika.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, qanunla müəyyənləşən artımlar Milli Məclisin və ya qanunverici orqanın səlahiyyətindədir:
"Qanunverici orqan qanunu dəyişir və ya onun qəbul edilməsi ilə məşğuldur. Pensiya kapitalının indeksləşdirilərək artırılması "Əmək pensiyaları haqqında" qanunla tənzimlənir. Yəni bunlar qanunla tənzimlənən və qanunun tələbinə uyğun olaraq həyata keçirilən artımlardır.