AZ

Rusiya Xəzər dənizi üzərində 8 PUA vurdu

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiya regionları üzərində Ukraynaya məxsus 121 pilotsuz təyyarəni vurub.Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Belə ki, bazar ertəsi saat 23:00-dan çərşənbə axşamı səhər saat 7:00-a qədər hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində 49 Ukrayna PUA-nı vurub. Daha 22-si isə Krım üzərində məhv edilib.Həmçinin Ryazan vilayətində 10, Voronejdə 9, Xəzər dənizində isə 8 pilotsuz təyyarə vurulub.Düşmənin 5 pilotsuz uçuş aparatı Rostov vilayəti və Kalmıkiya əraziləri üzərində, 4-ü Nijni Novqorod vilayəti üzərində, 3-ü Lipetsk üzərində zərərsizləşdirilib.Bundan əlavə, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Kursk vilayəti və Krasnodar diyarı üzərində hər biri iki, Bryansk və Tula vilayətlərinin hər biri üzərində isə bir pilotsuz təyyarə vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
demokrat.az

2Mənbələr