futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Barselona”nın futbolçusu Ronald Arauxonun psixoloji problemləri var.
Futbolpress.az xəbər verir ki, bu barədə COPE nəşrinin jurnalisti Xuanma Kastanyo məlumat yayıb. O, müdafiəçinin “Barselona”da oynamamaq ehtimalının olduğunu bildirib:
“Arauxonun problemləri daha ciddidir. O, “Barselona” üçün daha oynamaya bilər”.
Arauxo daha əvvəl klubdan psixoloji durumunu düzəltmək üçün vaxt istəyib. Lakin oyunçunun vəziyyəti getdikcə daha pisləşir. Çempionlar Liqasında “Çelsi” ilə matçda da qırmızı vərəqə alan və qovulan müdafiəçinin məyusluğu artıb.
“Barselona” Arauxonun durumunun düzəlməyəcəyi halda, qışda yeni müdafiəçi transfer etməyi nəzərdən keçirəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.