AZ

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Bakı. Trend:

Terrorçuluğu maliyyələşdirmədə və cinayətkar birlikdə iştiraketmədə təqsirləndirilən Aslan Həsənovun barəsində DövlətTəhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrəməhkəmə prosesi keçirilib.

Trend xəbərverir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim BəhruzMüslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Aslan Həsənov 11 il müddətinəazadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

İttihama görə, Aslan Həsənov ağır və xüsusilə ağır cinayətlərtörətmək məqsədilə xarici ölkə ərazisində yaradılmış cinayətkarbirliyin üzvü olaraq həmin cinayətkar birliyin dayanıqlıfəaliyyətinin təmin edilməsində və fəaliyyətində iştirak edib, ocümlədən bu birliyin rəhbərlərinin tapşırığı əsasında terrorçuluğumaliyyələşdirmə cinayət əməllərini törədib.

Qeyd edək ki, təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 218.2 (cinayətkarbirlikdə iştirak etmə) maddəsi ilə ittiham edilib.

Seçilən
74
12
az.trend.az

10Mənbələr