AZ

Kambocaya qarşı hərbiəməliyyat

Kamboca qoşunları ilə toqquşmalarda yaralanan Tayland hərbçilərinin sayı 29 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Tayland Silahlı Qüvvələrinin sözçüsü Surasan Xonqsiri məlumat verib.

"Silahlı toqquşmalar zamanı bir Tayland əsgəri həlak olub, 29-u yaralanıb", - o bildirib.

8 dekabr tarixində Tayland ordusu Kamboca qüvvələrinin yerli vaxtla səhər saat 5:00-da sərhəd bölgəsindəki Tayland mövqelərini atəşə tutmağa başladığını açıqlayıb.

Məlumata görə, Tayland kəşfiyyatı ölkə ərazisindəki sərhəd bölgəsində Kamboca hərbi qüvvələrinin toplandığını aşkar edib.

Hərbi Dəniz Qüvvələrindən bildirib ki, Taylandın təmkinli addımlarına və dialoq qurmaq üçün davam edən səylərinə baxmayaraq, Kamboca qüvvələri Tayland ərazisindən geri çəkilməyib. Əksinə, onlar bölmələrini xüsusi təyinatlı qüvvələr, snayperlər və çoxsaylı raket sistemləri ilə gücləndiriblər və həmçinin mövqelərini və taktiki qurğularını Taylandın suverenliyinə açıq şəkildə təsir edən şəkildə təkmilləşdiriblər.

Qeyd edək ki, bir müddət əvvəl Kambocanın Taylandın şərq əyalətlərini yayılım atəş sistemlərindən atəşə tutduğu barədə xəbər yayılmışdı.

Seçilən
14
2
xezerxeber.az

6Mənbələr