AZ

Nömrəsinə güvənən sürücü akademiyanın girişini bağladı: Yaxşı edib dayanıram VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakıda dayanma-durma qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 4-də, paytaxtın İbrahimpaşa Dadaşov küçəsində qeydə alınıb. Belə ki, 99-EA-005 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü Tennis Akademiyasının qarşısında dayanaraq yolu kəsib. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, sürücü avtomobili şlaqbaumun qarşısında park edib. Hadisəni qeydə alan şəxs bildirir ki, sürücü avtomobili həmin yerdə park edərək banka gedib. Ərazidə xidmət aparan mühafizəçi ona iradını bildirəndə isə sürücü bundan narahat olmaq əvəzinə “yaxşı edib dayanmışam” deyə cavab verərək özünü haqlı çıxarmağa çalışıb.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
avtosfer.az

2Mənbələr