AZ

Rusiyada benzin rekord həddə bahalaşdı – ABŞ-ı belə keçdi

Rusiyada benzin qiymətləri sürətlə artaraq ABŞ-dakı səviyyəni də keçib.

Musavat.com xəbər verir ki, hazırda Rusiyada benzinin dəyəri ABŞ-dan təxminən 8% bahadır. Bu cür fərq son dəfə 2021-ci ildə müşahidə olunmuşdu.
ABŞ-da yanacağın ucuzlaşması neft qiymətlərinin enməsi ilə bağlıdır — orada benzinin qiymətinin yarısını xam neft formalaşdırır. Rusiyada isə mənzərə tam əksinədir:
benzinin qiyməti inflyasiyanı üstələyərək yüksəlir,
xam neftin payı ümumi dəyərdə cəmi 10% təşkil edir.
Əsas yük vergilər və rüsumlardır — onların payı yanacağın qiymətində 60%-ə qədər çatır. Məhz buna görə dünya bazarında neft ucuzlaşsa belə, Rusiya sürücüsü bunu demək olar ki, hiss etmir. 
Seçilən
1
2
yenilik.az

3Mənbələr