AZ

Bu ərazilərdə qaz olmayacaq

Bu gün paytaxtın Nərimanov rayonunda qaz təchizatı dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

"Nərimanov rayonunda yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Xətai prospektinin, T.Şıxəliyev, N.Quliyev və Ə.Dəmirçizadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - deyə məlumatda qeyd olunub.

Seçilən
40
27
bakivaxti.az

10Mənbələr