AZ

Həmyerlisini xoşagəlməz zarafat üstündə öldürən şəxsə 17 il HƏBS CƏZASI

Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürmə, xuliqanlıq və qanunsuz silah gəzdirmədə təqsirləndirilən Təbriz Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 17 il müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 2024-cü il tarixdə, saat 23 radələrində Yevlax rayonunun Əkşəm kənd ərazisində yerləşən kafedə qeydə alınıb.
 

Belə ki, 1996-cı il təvəllüdlü Şəhriyar Bayramlının aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək Musa Orucovu qəsdən öldürüb.


Hadisədən sonra Şəhriyar Bayramlı könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.


Məlumata görə, hər iki şəxs sərxoş vəziyyətdə olub. Mübahisəyə səbəb isə Şəhriyar Bayramlının Musa Orucovun şəxsiyyəti ilə bağlı xoşagəlməz zarafat etməsi olub. 

Kamal Məmmədov 

Tarix: 9 Dekabr 2025, 08:38   
Seçilən
63
pravda.az

1Mənbələr