AZ

Klub prezidenti "The Guradian"a qadağa qoyub - 70 milyonluq mərc iddiası

BAKI, 9 dekabr. TELEQRAF

İngiltərənin “Brayton” klubunun sahibi Toni Blumla bağlı iddiaları işıqlandırdığı üçün "The Guardian" qəzetinin jurnalist və fotoqraflarını ev oyunlarına buraxmamaq qərarı alıb.

Teleqraf xəbər verir ki, klub şənbə günü "The Guardian"a bundan sonra onların əməkdaşlarına akkreditasiya verilməyəcəyini açıqlayıb.

Buna səbəb qəzetdə klub prezidenti barəsində dərc edilən yazılar olub. Qəzetin araşdırmasında klubun sahibi Toni Blumun böyük məbləğli idman mərc oyunlarında adı keçdiyi, 70 milyon dollarlıq uduşun arxasındakı onun ola biləcəyi yazılmışdı.

Blum ittihamları rədd edir və Brighton üzərində mərc qoymadığını bildirir.

“Brayton” sözçüsü deyib ki, qəzetə həmin materialı düzəltmək üçün 24 saat vaxt veriblər. Lakin "The Guardian" yazıya düzəliş etməyib.

Seçilən
50
teleqraf.com

1Mənbələr