Bakı. Trend:
Almaniyada elektrik enerjisi istehsalında bərpaolunan enerjimənbələrinin payı artmaqda davam edir.
Trend xəbər verir ki, FederalStatistika İdarəsinin məlumatına əsasən, bu ilin üçüncü rübündəkülək və Günəş enerjisindən indiyə qədər həmin dövr üçün ən yüksəkhəcmdə elektrik enerjisi istehsal olunub. İyul-sentyabr aylarındadaxili elektrik enerjisi istehsalının təxminən 64 faizi bərpaolunanmənbələrdən əldə edilib.
Bərpaolunan enerji mənbələri arasında əsas pay (26,8 faiz) küləkenerjisinə məxsusdur. Günəş enerjisindən istehsal isə 24,1 faizpaya malik olub. Hər iki sahədə artım genişləndirmə işlərisayəsində rekord səviyyəyə çatıb.
Eyni zamanda, idxal olunan elektrik enerjisi 11,9 faiz azalaraq20,7 milyard kilovat-saata düşüb. İxrac isə 5,9 faiz artaraq 12,5milyard kilovat-saata yüksəlib. Statistikaya əsasən, idxal-ixracbalansındakı artıq həcm təxminən 30 faiz azalıb. Bu onu göstərirki, Almaniyada enerji həcmi daha çox yaşıl mənbələr istiqamətindəşaxələnir.