AZ

Zelenski: Ukraynanın silah alması üçün 15 milyard dollara ehtiyacı var

Ukraynanın 2026-cı ildə silah tədarükü üçün PURL (Ukraynanın Prioritet Tələblər Siyahısı) proqramı çərçivəsində 15 milyard dollara ehtiyacı var.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.

“PURL proqramına 15 milyard dollar lazımdır. Bu il 1,5 milyard dollar çatışmırdı, lakin Hollandiya bu gün 700 milyon dollar ayırıb. İndi isə 800 milyon dollar çatışmır”, – Zelenski bildirib.

Qeyd edək ki, PURL təşəbbüsü ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən 14 iyulda irəli sürülüb. Bu mexanizm NATO müttəfiqlərinə Ukrayna üçün ABŞ ehtiyatlarından silah almağa imkan verir.

//APA

Seçilən
20
4
editor.az

6Mənbələr