Gəncədə 42 yaşlı qadın bıçaqlanıb.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 42 yaşlı Ə.Cəfərova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadın şəhər ərazisində yerləşən çay evlərinin birində bıçaqlanıb.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.