AZ

Gürcüstan Azərbaycandan dizel yanacağı idxalını artırır

Gürcüstan Neft İdxalçıları Birliyinin rəhbəri Vaxtanq İobaşvili bildirib ki, yaxın gələcəkdə Azərbaycandan gələn dizel yanacağı, Rusiyadan gələn mövcud tədarükü tamamilə əvəz edə bilər.

İobaşvili əlavə edib ki, Azərbaycan dizel yanacağı yüksək Avro-5 ekoloji standartına cavab verir. Oktyabr ayında Azərbaycandan Gürcüstana yanacaq idxalı illik müqayisədə 352 dəfə artıb. 2025-ci ilin oktyabr ayında Gürcüstan Azərbaycandan 20 milyon dollara 29.700 ton dizel yanacağı və digər neft məhsulları alıb. Müqayisə üçün, 2024-cü ilin oktyabr ayında idxal cəmi 84,4 ton təşkil edib.

İobaşvili, Azərbaycanın dizel yanacağına tələbatın artıq 40% artdığını və daha da artma potensialının olduğunu qeyd edib. Ekspert, bu artımın əsas səbəblərini yüksək yanacaq keyfiyyəti və logistika xərclərinə qənaət kimi iki əsas amildə görür. Bakı-Tbilisi nəqliyyat marşrutunun, Rusiya marşrutlarından xeyli qısa olduğunu vurğulayan İobaşvili, bu vəziyyətin birbaşa nəqliyyat xərclərini azaldığını bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
1
editor.az

2Mənbələr