Deksbrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orban ikitərəfli görüşün nəticələrinə həsr olunmuş birgə mətbuat konfransı keçiriblər.
Publika.az xəbər verir ki, tərəflər yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası çərçivəsində iki ölkə arasında müxtəlif sahələr üzrə 16 əməkdaşlıq sazişi imzalandığını bəyan ediblər.
Liderlər münasibətlərin daha da inkişaf etdirilməsinə sadiqliklərini təsdiqləyib və ikitərəfli və qlobal məsələlərin həlli üçün birgə planlaşdırma mexanizminin işə salınmasını müzakirə ediblər.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə və Macarıstanın ticarət dövriyyəsinin 6 milyard dollarlıq hədəfə çatdırılmasına az qalıb. Tərəflər bu rəqəmin 10 milyard dollara yüksəldilməsi barədə razılığa gəliblər.