AZ

Göygöldə avtomobil qəzası: ölən və xəsarət alan var

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qırıqlı kənd ərazisindəbaş verib.

Belə ki, 2009-cu il təvəllüdlü R.Zeynalovun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyada, 2003-cü il təvəllüdlü F.Quluzadəni vurub və daha sonra divara çırpılıb. Nəticədə piyada ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
38
8
yenisabah.az

10Mənbələr