Kürdəmirdə yük qatarı iribuynuzlu heyvanı vuraraq öldürüb.
NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, nəzarətsiz qalan heyvan dəmir yolu xətti üzərindən keçərkən qatar onu vurub öldürüb.
Hazırda heyvanın yiyəsinin kim olması müəyyənləşdirilir.





