AZ

Rusiyaya məxsus tanker Qara dənizin Türkiyə sahillərində hücuma məruz qaldı

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya istehsalı günəbaxan yağını Gürcüstana daşıyan “Midvolga 2” tankeri Türkiyə sahillərindən 80 dəniz mili məsafədə hücuma məruz qaldığını bildirib.Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb.Məlumata görə, heyət zədələnməyib, gəmi hərəkətdədir və Sinop limanına doğru yola davam edib.

 

Qeyd edilib ki, 2014-cü ildə tikilmiş “Midvolga 2” tankerinin uzunluğu 140 metrdir, Rusiya bayrağı altında üzür və Sankt-Peterburq Böyük Limanına qeydiyyatlıdır. Onun sahibi Orta Volqa Dəniz Nəqliyyatı Şirkətidir. Gəmidə 13 heyət üzvü var və onların heç biri yardım tələb etməyib.

Xatırladaq ki, bir neçə gün öncə Qambiya bayrağı altında Rusiya istiqamətində hərəkət edən “Kairos” və “Virat” tankerində də qəza qeydə alınıb.“Kairos”da mühərrik bölməsində yanğın baş verib, “Virat”da isə gövdə zədələnib, lakin ciddi yanğın olmayıb.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
bizim.media

9Mənbələr