AZ

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransında iştirak edib

Bakı. Trend:

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində “İslam dünyasında süniintellekt indeksinin təqdimatı” beynəlxalq konfransının açılışıolub.

Trend xəbər verir ki, HeydərƏliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı vəICESCO-nun tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi İslamdünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçininsüni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirəetməkdir.

Qeyd edək ki, süni intellektin inkişaf trendlərinin elmiəsaslarla ölçülməsi üçün hazırlanmış “İslam dünyasında süniintellekt indeksi” sənədi də məhz ilk dəfə Bakı konfransında təqdimolunur.

Konfransın açılışında çıxış edən Heydər Əliyev Fondununvitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəriLeyla Əliyeva bildirib ki, süni intellekt (AI) artıq gündəlikhəyatın mühüm bir hissəsinə çevrilib. Onun sözlərinə görə, bu sahəböyük imkanlar yaratmaqla yanaşı, yeni suallar və məsuliyyətlər dəortaya çıxarır. Cəmiyyətin süni intellektin təsirini düzgünqiymətləndirməsinin, gənclərin risklərdən qorunaraq butexnologiyanın imkanlarına yönləndirilməsinin vacibliyi xüsusi qeydolunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti diqqətə çatdırıb ki,Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır. 2025–2028-ci illərüçün Milli Süni İntellekt Strategiyası çərçivəsində milli süniintellekt ekosisteminin qurulması, dövlət xidmətləri üçünAzərbaycan dilində AI modelinin hazırlanması, dövlət qurumları üçünstandartların müəyyənləşdirilməsi və Süni İntellekt Akademiyasınınyaradılması nəzərdə tutulur.

L.Əliyeva Heydər Əliyev Fondunun artıq 20 ildir təhsilifəaliyyətinin əsas istiqaməti kimi müəyyən etdiyini xatırladıb.Deyib ki, Fond bu müddət ərzində Azərbaycanda 500-dən çox məktəbbinası inşa edib və yenidən qurub, uşaq bağçalarını və internatmüəssisələrini modernləşdirib, minlərlə uşağı müasir tədrisvasitələri ilə təmin edib.

O diqqətə çatdırıb ki, süni intellekt dövrünə keçid bumissiyanın əhəmiyyətini daha da artırır. Onun fikrincə, süniintellekt, sadəcə, texnologiya deyil, hər bir uşaq üçün yeni imkandeməkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin vurğulayıb ki,süni intellekt ətraf mühitin qorunmasında da mühüm rol oynayabilər. Nadir heyvan növlərinin izlənməsi, iqlim dəyişikliklərinənəzarət, meşələrin mühafizəsi, su ehtiyatlarının qorunması vədayanıqlı kənd təsərrüfatının inkişafı bu imkanlarsırasındadır.

Leyla Əliyeva çıxışında ICESCO ilə əməkdaşlığa da toxunub. Butərəfdaşlıq çərçivəsində Burkina-Fasoda məcburi köçkün qızlar üçünməktəblərin inşası, eləcə də Mali, Çad və Komor adalarındalayihələrin davam etdirildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki,BMT-nin İnkişaf Proqramı ilə birgə gənclər və əlilliyi olan şəxslərüçün regional informasiya və kommunikasiya texnologiyalarımərkəzlərinin yaradılması bu istiqamətdə həyata keçirilən mühümişlərdəndir.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev çıxışındabildirib ki, Heydər Əliyev Fondu uzun illərdir təhsil sahəsindəmükəmməlliyi təşviq edir, innovativ təşəbbüsləri dəstəkləyir,uşaqlar və gənclər üçün geniş imkanlar yaradır. Fondun fəaliyyətihəm Azərbaycanda, həm də İslam dünyasında təhsilingücləndirilməsində əvəzsiz rol oynayır.Nazir diqqətə çatdırıb ki,Elm və Təhsil Nazirliyi Heydər Əliyev Fondu ilə birlikdə cəmiyyətinsosial və mədəni inkişafına töhfə verən ortaq məqsədlərin həyatakeçirilməsindən qürur duyur. Emin Əmrullayev vurğulayıb ki, süniintellekt artıq həyatımıza, iş fəaliyyətimizə və öyrənməproseslərimizə təsir göstərir. Süni intellekt daha güclü, dahaədalətli və fərdi öyrənənlərə uyğunlaşdırılmış təhsil sistemlərininqurulması üçün böyük potensiala malikdir. Lakin bu texnologiyadanməsuliyyətlə, etik prinsiplərə uyğun və düşünülmüş şəkildə istifadəolunmalıdır.

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik çıxışındaqeyd edib ki, bəşəriyyət yeni bir mərhələnin – süni intellektdövrünün astanasındadır. Bu, bacarıqları və təsiri formalaşdıranqüvvədir. O bildirib ki, süni intellekt artıq strateji hədəfəçevrilib: onu qəbul edənlər inkişafı sürətləndirir, ona qarşıçıxanlar isə tərəqqinin başqa istiqamətlərdə getdiyini görür vəgeridə qalacaqlar.

O əlavə edib ki, süni intellekt yalnız texnologiya deyil, həm dəimkan yaradan bir vasitədir. Onun tətbiqi təhsil, səhiyyə,idarəetmə və digər sahələrdə innovativ həllər təqdim edir.

ICESCO-nun Baş direktoru ölkələrimiz arasında mövcudəməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Sonra konfrans çərçivəsində ICESCO və Həmdan Bin Rəşid Əl MaktumFondunun 4-cü birgə “Həmdan-ICESCO” mükafatının təltif edilməmərasimi keçirilib.

Qeyd edək ki, bu mükafat İslam dünyası ölkələrində tədrismüəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsitəşəbbüslərinə töhfələrə görə təqdim edilir.Heydər Əliyev Fonduİslam dünyası və digər ölkələrdə məktəblərin tikinti-bərpasınayönələn təhsil və sosial dəstək üzrə layihələrinə görə bu mükafatlatəltif olunur.

Mükafat, eyni zamanda, Yəmənin Hadramaut Təhsil İnkişaf Fondu vəMərakeşin Birinci Səviyyə Təhsil Fonduna təqdim edilib.

Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid binHəmdan bin Rəşid Əl Maktum çıxışında “Həmdan-ICESCO” mükafatıqaliblərini təbrik edərək deyib: “Siz bu gün təhsil mühitinə vətəhsil alanlara qayğı göstərən xeyriyyə təşkilatları, donorlar vəianəçilər üçün fəxr və ilham mənbəyi olmusunuz. Təhsilə dəstək üçünkönüllülük səylərinin mədəniyyətini və təsirini yaymaqməsuliyyətimizdən geri çəkilməyəcəyik”.

Konfrans daha sonra “Təhsildə innovasiya: süni intellektin İslamdünyasında təsiri və imkanları” mövzusunda panel müzakirələrlədavam edib.

Müzakirələrdən əvvəl çıxış edənlər vurğulayıblar ki, süniintellekt artıq həyatımızın müxtəlif sahələrinə təsir göstərir vəgələcək nəsillərin inkişafında mühüm rol oynayacaq.

Qeyd edilib ki, təhsil sistemi və elm sahəsində süni intellektintətbiqi tədris prosesini daha səmərəli, innovativ və interaktivhala gətirir.

Bildirilib ki, süni intellekt tədqiqat sahələrində yeni imkanlaryaradır, iqtisadiyyatın müxtəlif istiqamətlərində səmərəliliyiartırır və gələcək iş bazarının tələblərinə uyğun peşələrininkişafına təkan verir.

Daha sonra ICESCO-nun Perspektiv Araşdırmaları və Süni İntellektMərkəzinin nümayəndəsi Viam Şafikin moderatorluğu ilə keçirilənpaneldə çıxış edənlər ölkələr arasında təcrübə mübadiləsinin,əməkdaşlığın və süni intellekt sahəsində regional təşəbbüsləringücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Digər paneldə çıxış edən qonaqlar süni intellekt sahəsindəölkələrarası əlaqələndirmənin gücləndirilməsinin, etik vəsosial-iqtisadi aspektlərin araşdırılmasının, dayanıqlı və inklüzivtexnoloji inkişafın təmin olunmasının önəmini vurğulayıblar. Qeydedilib ki, bu təşəbbüslər yalnız texnoloji tərəqqiyə deyil, həm dəinsan kapitalının inkişafına, təhsil keyfiyyətinin yüksəlməsinə vəregional əməkdaşlığın dərinləşməsinə töhfə verir.

Konfransın sonunda İslam dünyasında süni intellekt indeksi üzrəBakı Bəyannaməsi qəbul edilib.

Sənəddə bildirilir ki, İslam dünyası süni intellektincəmiyyətlərə və iqtisadiyyatlara dərin təsirini qəbul edir, süniintellekt indeksini rəqəmsal dövrdə ICESCO-nun təhsil, elm vəmədəniyyətin inkişafı missiyasınıyerinə yetirmək üçün həyatiəhəmiyyətli yeni bir vasitə kimi alqışlayır, süni intellektintəhsil, səhiyyə, mədəni mühafizə, iqtisadi inkişaf və ətraf mühitinidarə olunmasını inkişaf etdirmək potensialını nəzərə alaraq, eynizamanda sui-istifadə, bərabərsizlik və təhlükəsizlik tədbirlərininolmaması kimi riskləri də qəbul edir.

ICESCO-ya üzv dövlətlər və beynəlxalq tərəfdaşlarəməkdaşlığıgücləndirmək əzmini, İslam dünyasının dəyərlərinin və istəklərininbeynəlxalq süni intellekt müzakirələrində təmsil olunmasını təminetmək öhdəliyini bir daha təsdiqləyirlər. Üzv dövlətlər bəyanedirlər ki, Bakıda süni intellekt indeksinin təqdimatı İslamdünyası üçün əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur.

Sənəd beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlığı, birgəlayihələrin reallaşdırılmasını təşviq edir, sülhə, inkişafa vəgələcək nəsillərin rifahını təmin etmək öhdəliyini təsdiqləyir. Üzvdövlətlər Bəyannamə əsasında milli süni intellekt strategiyalarıhazırlayıb etik təhlükəsizlik tədbirlərini, sektor prioritetlərinivə inklüziv inkişafı təmin edə biləcəklər.

Həmçinin qonaqlar konfrans çərçivəsində Heydər Əliyev Mərkəzindətəqdim olunan “Mənim dənizlərim, mənim okeanlarım” ("My Seas, MyOceans”) sərgisinə baxıblar. Sərgi iqlim dəyişikliyi, qlobalistiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyatiehtiyatlarından biri – su mənbələrinin qorunmasının vacibliyinivurğulamaq məqsədi daşıyır.

Seçilən
44
23
az.trend.az

9Mənbələr