AZ

Bakının "məşhur" parkinqi bağlanıb - Təmir işləri aparılacaq - FOTO

Səbail rayonunda geniş parkinq ərazisi hasarlanıb. Prezident İdarəçiliyi Akademiyasının qarşısındakı parkinq zonasına girişə qadağa qoyulub. Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, metropolitendə görüləcək işlərlə əlaqədar olaraq əraziyə giriş məhdudlaşdırılıb. Belə ki, plana görə "İçərişəhər" stansiyasının arxasında yeni dönmə kamerası inşa ediləcək. Eyni zamanda bu ərazidə iri yeraltı dayanacaq tikiləcək. Qeyd edək ki, sözügedən ərazi vaxtilə avtomobillərin səliqəsiz parkinqinə görə əcnəbi bloqerin diqqətini çəkmişdi.

FOTO QALEREYA
Seçilən
135
avtosfer.az

1Mənbələr