AZ

Gürcüstan Rusiya yolu nə zaman istifadəyə veriləcək?

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Gürcüstanla Rusiyanı birləşdirəcək yeni Kveşeti-Kobi avtomobil yolu 2028-ci ildə istifadəyə veriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan infrastruktur nazirinin müavini Mzia Giorgobiani parlamentdə çıxış edərkən bildirib.

“Layihənin 2028-ci ilə qədər tamamlanması planlaşdırılır. Yol 2028-ci ildə istifadəyə veriləcək”, – Giorgobiani deyib.

Onun sözlərinə görə, yeni avtomobil yolu iki hissədə tikilir. Birinci hissə 2024-cü ildə çəkilmiş 9 kilometrlik tuneldir. Hazırda tunelin tikintisini tamamlanır.

İkinci hissə isə 12,7 kilometr uzunluğunda olan tunelə giriş yoludur. Bu mərhələdə 4 tunel, 5 yeni körpünün tikintisi gedir. Daha bir körpü təmir olunacaq.

Bundan əvvəl Gürcüstanın infrastruktur naziri Revaz Soxadze Rusiyaya aparan yolun 2027-ci ildə açılacağını bildirmişdi.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
2
icma.az

3Mənbələr