Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
Dietoloq Valentina Palazzo bildirib ki, qış aylarında qidalanma vərdişlərinə yenidən baxmaq vacibdir.
Redaktor.az xəbər verir ki, o, "La Razon" nəşrinə açıqlamasında bu mövsümdə şam yeməyi üçün ideal vaxtı açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, qış aylarında sonuncu yemək Bakı vaxtı ilə ən gec saat 19:00-da olmalıdır.
Palazzo qeyd edib ki, soyuq mövsümdə günəş işığının azalması səbəbindən orqanizmdə yuxu hormonu - melatoninin ifrazı daha tez başlayır. Bu isə gec saatlarda yemək qəbulunun yuxu rejimini pozmasına və orqanizmə əlavə yük düşməsinə səbəb ola bilər.
Aytəkin TOFİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.